Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.
Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.
Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?
AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.
Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri kimdir?
Bu təhsil idarəsinə hazırda Sənan Mənsimli rəhbərlik edir.
Sənan Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində anadan olub.Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya Rabitə qovşaqları və Kommunikasiya sistemləri ixtisası üzrə təhsil alıb.Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alır.
Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsində çalışıb.
2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.
30 oktyabr 2024-cü il tarixində Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.