Azedu.az

Dünya ölkələri təhsil üçün hara üz tutur? - ARAŞDIRMA

Xəbərlər

18 İyul 2025, 09:04
Dünya ölkələri təhsil üçün hara üz tutur? - ARAŞDIRMA

Son illərdə beynəlxalq təhsil almaq istəyən tələbələrin sayı durmadan artır. Qlobal səviyyədə aparılan müşahidələr göstərir ki, bir çox ölkənin gəncləri daha keyfiyyətli və beynəlxalq imkanlara açıq təhsil sistemi axtarışında müxtəlif ölkələrə üz tuturlar. AzEdu.az dünya ölkələrində tələbələrin təhsil üçün üz tutduğu ölkələri araşdırıb.

Çin
Çinli tələbələr əsasən ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Almaniya və Avropa-Asiya ölkələrinə üz tuturlar. 2023/2024-cü tədris ilində ABŞ-də 289 mindən çox Çinli tələbə təhsil alıb. Böyük Britaniyada isə bu rəqəm 151 minə yaxın olub. Çinli tələbələrin artan şəkildə Kanadaya və Avstraliyaya da maraq göstərdiyi müşahidə olunur. Eyni zamanda, Almaniyada təhsil alan Çinli tələbələrin sayı 38 mindən çoxdur.

Hindistan
Hindistanlı tələbələr üçün ən çox üstünlük verilən ölkələr sırasında ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Almaniya və Fransa yer alır. ABŞ-də Hindistanlı tələbələrin sayı 331 minə çatıb və bu göstərici onları birinci yerə çıxarır. Böyük Britaniyada isə Hindistanlılar son illərdə Çinliləri geridə qoyaraq əsas tələbə qrupu halına gəliblər.

Fransa
Fransız tələbələr əsasən Avropa ölkələrinə yönəlirlər. İspaniya, Almaniya, Niderland və Böyük Britaniya onların ən çox seçdikləri istiqamətlər arasındadır. Əlavə olaraq, Asiya ölkələri – xüsusilə Sinqapur və Cənubi Koreya da fransız tələbələr üçün maraqlı alternativlər kimi önə çıxır.

Almaniya
Almaniyadan xaricə gedən tələbələr əsasən Erasmus+ proqramları çərçivəsində digər Avropa ölkələrini seçirlər. Bu siyahıda İspaniya, Niderland və Britaniya önə çıxır. Onların seçimində əsas rol oynayan amillərdən biri təhsil haqqının aşağı olması və akademik keyfiyyətdir.

ABŞ
Amerikalı tələbələr üçün Avropa ölkələri – xüsusilə Böyük Britaniya, Fransa və Almaniya daha çox seçilir. ABŞ tələbələrinin əksəriyyəti magistratura və ya mübadilə proqramları çərçivəsində xarici ölkələrə gedirlər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox