Avropa üzrə PISA reytinqlərində birincilər sırasında olan Estoniya məktəblərdə smartfon və süni intellekt (AI) alətlərinin istifadəsini qadağan etmir, əksinə, bu texnologiyaların siniflərdə tətbiqini təşviq edir.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, Estoniya təhsil strategiyası bu yanaşma ilə şagirdlərin rəqəmsal bacarıqlarını artırmaq, tənqidi düşüncə və informasiya ilə düzgün işləmək kimi XXI əsr bacarıqlarını inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Ölkə rəsmiləri hesab edirlər ki, texnologiyanın düzgün və məqsədyönlü istifadəsi gələcək nəsillərin daha hazırlıqlı yetişməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, bəzi Avropa ölkələri siniflərdə smartfon istifadəsinə ciddi məhdudiyyətlər tətbiq etsə də, Estoniya bu məsələdə fərqli yanaşma nümayiş etdirir. Təhsil Nazirliyi və məktəblər texnologiyanın tədrisə inteqrasiyası üçün xüsusi proqramlar üzərində işləyirlər.