Pakistan hökuməti ölkənin təhsil sistemini süni intellektlə uyğunlaşdırmaq və gənc nəslin texnoloji bacarıqlarını inkişaf etdirmək üçün yeni strategiyalar üzərində işləyir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, hazırlanan konsepsiya süni intellektin dərs proqramlarına inteqrasiyası, müəllimlərin rəqəmsal savadlılığının artırılması və təhsilin texnoloji əsaslarla yenidən qurulmasını nəzərdə tutur. Rəsmilər bu təşəbbüsün təhsilin gələcəyinə dair mühüm dönüş nöqtəsi olacağını bildirir və süni intellektin gələcək nəsillərin bilik və bacarıqlarına ciddi təsir göstərəcəyini vurğulayırlar.