Azedu.az

Dünya 44 milyon müəllim çatışmazlığı ilə üz-üzədir

Xəbərlər

17 İyul 2025, 17:19
Dünya 44 milyon müəllim çatışmazlığı ilə üz-üzədir

BMT və UNESCO-nun son açıqlamalarına görə, dünyada ciddi müəllim çatışmazlığı müşahidə olunur.

AzEdu.az məsələylə bağlı araşdırma aparıb.

Bu problemin xüsusilə Afrika və Asiya ölkələrində kəskin olduğu bildirilir. Qlobal səviyyədə ibtidai və orta təhsil pilləsində keyfiyyətli təhsil üçün 2030-cu ilə qədər 44 milyon müəllimə ehtiyac var.

Afrikada böyük böhran

Alt-Səhra Afrikasında vəziyyət daha kritikdir: yalnız ibtidai təhsil üçün bu bölgədə 15 milyon yeni müəllim tələb olunur. UNESCO bildirir ki, bir çox ölkədə müəllim şagird nisbəti 1:60-dan yuxarıdır ki, bu da keyfiyyətli təhsilin təminini çətinləşdirir.

Avropada və Asiyada yaşlanan müəllim kadrları

Avropa və Şərqi Asiyada isə problem bir qədər fərqlidir. Burada müəllimlərin orta yaşı artmaqdadır. Məsələn, Almaniyada müəllimlərin 35%-dən çoxu 50 yaşdan yuxarıdır. Bu isə yaxın illərdə kütləvi təqaüdə çıxma və nəticədə yeni kadr çatışmazlığı ilə nəticələnəcək.

Müəllim olmaq istəyənlərin sayı azalır

Daha bir problem isə təhsil fakültələrinə müraciət edənlərin sayındakı azalmadır. OECD-nin 2024-cü il hesabatında qeyd olunur ki, bir çox inkişaf etmiş ölkədə gənclər müəllimliyi gəlir və sosial status baxımından cəlbedici hesab etmirlər. Yaponiyada müəllim olmaq istəyənlərin sayı son 15 ildə 40% azalıb.

UNESCO-nun təbiri ilə “təhsil sistemləri sürətlə yaşlanır”

Ümumdünya müəllim çatışmazlığı təhsilin keyfiyyətinə ciddi təsir göstərir. UNESCO xəbərdarlıq edir ki, bu məsələ beynəlxalq gündəmin ön sırasına keçməzsə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə də keyfiyyətli təhsil hədəfi (SDG 4) sual altına düşəcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox