3-10 iyul 2025-ci il tarixlərində Türkiyənin Kocaeli şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və “Təhsil” Respublika İdman Mərkəzinin tabeliyində fəaliyyət göstərən uşaq gənclər idman-şahmat məktəblərinin idmançıları uğurla çıxış ediblər.
AzEdu.az xəbər verir ki, olimpiya çempionu Hüseyn Özkanın xatirəsinə həsr olunan, 24 ölkədən, 45 komanda olmaqla 3500 idmançının iştirak etdiyi yarışda idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.