“Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında esse yazmaqla bağlı minimal tələb qoyulsun”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, magistraturada təhsil alan bir çox şəxslər həm də əmək bazarının iştirakçısıdırlar. Buna görə də universitetlərdə bu təhsil səviyyəsi üzrə oxuyanlar üçün dərslərin axşam saatlarında keçirilməsi məqsədəuyğundur.