Azedu.az

Dağlıq Şirvan Regional Təhsil İdarəsi 58 müəllimi işdən kənarlaşdırıb-EKSKLÜZİV

Xəbərlər

16 İyul 2025, 16:51
Dağlıq Şirvan Regional Təhsil İdarəsi 58 müəllimi işdən kənarlaşdırıb-EKSKLÜZİV

Bu il ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə sertifikasiya prosesində ümumilikdə 22 383 müəllim iştirak edib.Prosesə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunub.

Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri sertifiksiyada iştirak ediblər. 
Ümumilikdə  7 318 müəllimin cari ildə keçirilən qiymətləndirmə prosesində uğursuz nəticə göstərərək  əmək müqaviləsinə xitam verilmişdir. 

Əmək müqaviləsinə xitam verilmiş 7 318 müəllimin regionlar üzrə pay bölgüsü hər kəs üçün maraqlıdır. Xatırlayırsınızsa rəsmi açıqlamada ən uğursuz nəticə göstərən ünvan kimi Astara göstərimişdi.


AzEdu.az mövzu ilə bağlı regionlar arasında sorğu keçirib. 


Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, bölgə üzrə ümumilikdə 58 müəllimin əmək müqaviləsinə xitam verilib. 


Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabelinidə olan Ağsuda 16, İsmayıllıda 12 nəfər, Qobustanda 5, Şamaxıda isə 25 müəllim işdən sertifikasiyadan uğursuz nəticə əldə edərək müəllimlikdən azad olunublar.


Digər regionlardakı müvafiq göstəricilərlə bağlı nəticələr barədə də məlumatları diqqətə çatdıracağıq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox