Valideynlər ixtisas seçimi zamanı bu sahədə məsləhət verən mütəxəssisləri seçərkən diqqətli olmalı və minimum 15, maksimum 20 il sahə təcrübəsi olan şəxslərə üstünlük verməlidirlər.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi söyləyib.
Onun sözlərinə görə təkcə bu günün və ya sabahın deyil, gələcəyin ixtisaslarına üstünlük verilməlidir:
"İxtisaslaşma elə bir mərhələdir ki, burada həm abituriyentlər, həm də valideynlər xüsusilə diqqətli olmalıdırlar. İlk növbədə əmək bazarı diqqətlə araşdırılmalıdır. Bu zaman təkcə bu günün və ya sabahın deyil, gələcəyin ixtisaslarına üstünlük verilməlidir. Eyni zamanda, seçilən universitetin prestiji, təhsil səviyyəsi və yataqxana şəraiti kimi amillərə ciddi önəm verilməlidir".
"Valideynlər ixtisas seçimi zamanı bu sahədə məsləhət verən mütəxəssisləri seçərkən diqqətli olmalı və minimum 15, maksimum 20 il sahə təcrübəsi olan şəxslərə üstünlük verməlidirlər", deyə E.Əfəndi qeyd edib:
"Məqsəd sadəcə olaraq hər hansı bir ali təhsil müəssisəsinə qəbul olmaq deyil.Əgər bir abituriyentin əsas məqsədi yalnız ali məktəbə daxil olmaqdırsa, o zaman istənilən şəkildə kodlaşdırma apararaq qəbul ola da bilər, olmaya da bilər. Əsas hədəf, yuxarıda sadalanan kriteriyalara cavab verən doğru və məqsədyönlü seçim etmək olmalıdır.Şəxs seçimlər zamanı bu amilləri mütləq nəzərə alınmalıdır".