Dünyada ali təhsil haqları ölkələr arasında böyük fərqlər göstərir.
AzEdu.az ən yüksək təhsil haqqı olan ölkələr haqqında araşdırma edib.
Belə ki, Amerika Birləşmiş Ştatları universitetlərində illik təhsil haqqı ortalama olaraq 10 000–15 000, xüsusi üniversitetlərdə 35 000–50 000 dollar civarındadır. Bəzi elit universitetlərdə (MIT, Harvard, Stanford) bu rəqəmlər illik 55 000–60 000 dollara çatır. ABŞ-də dövlət universitetinin illik haqqı orta hesabla 8 200 dollar təşkil edir.
Avstraliyada xarici tələbələr üçün illik təhsil haqqı təqribən 24 000–28 700 dollar, bəzi sahələrdə 50 000 dollara yaxınlaşır. Məsələn, humanitar fakültələr üzrə 2025-ci ildə 16 992 dollar kimi yüksək məbləğlər gözlənilir və bu, ABŞ və İngiltərənin səviyyəsinə yüksəlir.
İngiltərədə 2025-ci il üçün ali təhsil haqqı vətəndaşlar üçün illik 9 250 (~$12 500–14 000) yevro, xarici tələbələrə isə 22 000–47 000 yevro arasında dəyişir. ABŞ-dan sonra Britaniya xaricə universiteti oxumaq istəyən tələbilər üçün ən bahalıdır.
Hong Kongda ümumi illik təhsil xərcləri təqribən 16 500 dollar dollar təşkil edir.
Almaniya, Norveç, Danimarka, İslandiya, Finlandiya ictimai universitetlərdə əsasən pulsuz və ya minimal semestr haqqı (bir neçə yüz avro) təşkil edir. Fransa, İtaliya, Avstriya əcnəbilər üçün nominal ödənişdir (bir neçə yüz avro ilə bir neçə min dollara qədər) .
Beləliklə ən yüksək təhsil haqqı ölkələri arasında liderlər ABŞ, Avstraliya və Birləşmiş Krallıqdır.