Azedu.az

Təhsil idarəçiləri haqqında nə bilirik?- Şəki-Zaqatala RTİ-nin müdiri...

Xəbərlər

16 İyul 2025, 10:21
Təhsil idarəçiləri haqqında nə bilirik?- Şəki-Zaqatala RTİ-nin müdiri...

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Günay Mahmudova rəhbərlik edir. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova 2000–2004-cü illərdə Gəncə Dövlət Universitetinin biologiya–kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Qax şəhər 1 nömrəli, Güllük, İlisu kənd tam orta məktəblərində kimya müəllimi işləyib.

‎2010–2013-cü illərdə Qax rayonu İlisu kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2013–2014-cü illərdə Qax Rayon Təhsil Şöbəsində metodist, 2014–2022-ci illərdə metodik kabinetin direktoru vəzifələrində çalışıb.

‎2019–2020-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində mentor, 2019–2022-ci illərdə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı”, “STEAM”, “Peşə təmayüllü siniflər” layihələri üzrə koordinator kimi fəaliyyət göstərib.

‎2021–2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” kimi çalışıb.

‎Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I, II və IV qrant müsabiqələrinin qalibidir.

‎2022-ci il aprelin 29-dan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 19 dekabr 2023-cü ildən həmin idarənin müdiri vəzifəsini icra edirdi.

‎Hal-hazırda ADA Universitetində Dövlət idarəetməsi ixtisası üzrə magistratura təhsili alır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox