Azedu.az

İyulda ETN-ə 38 607 vətəndaş müraciəti daxil olub

Xəbərlər

15 İyul 2025, 16:28
İyulda ETN-ə 38 607 vətəndaş müraciəti daxil olub

İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 607 vətəndaş müraciəti daxil olub.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müraciətlərin 21 987-si çağrı mərkəzləri, 8 937-si elektron, 1 370-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 313 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, tələbələrin köçürülməsi, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox