Son illərdə Azərbaycanda ali təhsil sahəsində beynəlmiləlləşmə prosesi sürətlənib. Artıq bir çox universitetlərdə dünyanın müxtəlif ölkələrindən gələn tələbələr təhsil alır. Bu isə həm ali məktəblərin nüfuzunun artmasına, həm də təhsil mühitinin zənginləşməsinə səbəb olur. Bu baxımdan, universitetinizdə ümumilikdə neçə xarici tələbənin təhsil alması maraq doğurur.
AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.
Sorğumuza Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, hazırda universitetdə 9 ölkədən 93 nəfər əcnəbi tələbə təhsil alır.