Fikrimcə, bu gün subbakalavrların qəbul prosesində də müəyyən problemlər var. Məsələn, ibtidai sinif müəllimliyi və sosial iş ixtisaslarını bitirənlərin qəbul olma şansı olmadığı halda, maliyyə və digər ixtisas qruplarında daha çox imkan yaradılır.
AzEdu.az-a bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.
Ekspert qeyd edib ki, subbakalavrlar dərslərdə daha sərbəst davranır, onlara qoyulan qayda və qanunlarla razılaşmaq istəmirlər:
"Bu gün Azərbaycandakı bir çox universitetlər subbakalavrları qəbul etmək istəmirlər. Çünki subbakalavrların böyük bir qismi qiyabi təhsilə düşmək şansı olmadığından əyani təhsil almağa məcbur olurlar. Məlum məsələdir ki, onların bir qismi ailəlidir, işləyir və bu səbəbdən dərsə gedib-gəlməkdə çətinlik çəkirlər.
Buna görə də universitetlər öz narazılıqlarını bildirirlər. Həmçinin, subbakalavrların yaş baxımından digər tələbələrə və dərslərə adaptasiya problemləri də ortaya çıxır. Bəzi hallarda isə subbakalavrlar dərslərdə daha sərbəst davranır, onlara qoyulan qayda və qanunlarla razılaşmaq istəmirlər".
"Üniversitetlərdə boş qalan plan yerlərini doldurmaq üçün subbakalavrları qəbul etmək məcburiyyətində qalırlar",deyə müsahibimiz qeyd edib:
"Ancaq bu, bütün subbakalavrlara aid deyil. Onlar arasında məsuliyyətli olanlar da var. Lakin çoxluq bu kateqoriyaya aid deyil. Buna görə də universitetlər çalışırlar ki, subbakalavrları qəbul etməsinlər. Lakin universitetlərdə boş qalan plan yerlərini doldurmaq üçün subbakalavrları qəbul etmək məcburiyyətində qalırlar. Subbakalavrlar olmasa, universitetlərdə xeyli sayda boş plan yerləri qalardı.
Fikrimcə, bu gün subbakalavrların qəbul prosesində də müəyyən problemlər var. Məsələn, ibtidai sinif müəllimliyi və sosial iş ixtisaslarını bitirənlərin qəbul olma şansı olmadığı halda, maliyyə və digər ixtisas qruplarında daha çox imkan yaradılır. Yaxşı olar ki, subbakalavrlar üçün plan yerləri ədalətli və bərabər şəkildə bölüşdürülsün".