Azedu.az

Rəsmilər Yevlaxda qaraçılarla görüşdü - FOTOLAR

Xəbərlər

14 İyul 2025, 21:25
Rəsmilər Yevlaxda qaraçılarla görüşdü - FOTOLAR

Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparıb.

 

AzEdu.az xəbər verir ki, monitorinq prosesi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş bərabərlik hüququnun təmini və ayrıseçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi səlahiyyəti çərçivəsində baş tutub.

 

Monitorinq zamanı icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.

Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox