5-14 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.
AzEdu.az xəbər verir ki, sözügedən olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdləri Murad Xəlilzadə gümüş medala, Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medala layiq görülüblər.