Çində getdikcə daha çox gənc magistr təhsili almağa üz tutur. Bu, ölkədə yüksək rəqabətli iş bazarında fərqlənmək üçün yeni zərurətə çevrilib. İşəgötürənlər artıq bakalavr diplomunu kifayət saymır, magistr dərəcəsi bir növ əsas göstəriciyə çevrilib.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, rəqəmlər də bu meyli təsdiqləyir: 2024-cü ildə magistraturaya qəbul imtahanlarında iştirak edənlərin sayı 4,5 milyona yaxın olub. Bu isə əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.
Təhsil mütəxəssisləri bildirirlər ki, bakalavr pilləsini bitirən məzunlar hazırkı əmək bazarının tələblərinə tam cavab vermir. Bu səbəbdən, tələbələr təhsil müddətini uzadaraq əlavə ixtisaslaşmaya üstünlük verirlər. Eyni zamanda, ailələr də uşaqlarının magistr təhsili almalarını daha çox dəstəkləyirlər.
Bəzi ekspertlər isə bu tendensiyanı “diplom inflyasiyası” adlandırır və qeyd edirlər ki, getdikcə daha yüksək dərəcələr adi hala çevrilir. Nəticədə, yalnız bakalavr diplomuna sahib olmaq bir çox iş sahəsində kifayət etmir