Azedu.az

20 yaşlı qızın ölümü ilə bağlı cinayət işi açıldı

Xəbərlər

11 İyul 2025, 17:52
20 yaşlı qızın ölümü ilə bağlı cinayət işi açıldı

İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə AzEdu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq",- məlumatda deyilir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox