Azedu.az

Tibb, təhsil və sosial müəssisələrdə qida normaları müəyyənləşəcək

Xəbərlər

11 İyul 2025, 11:56
Tibb, təhsil və sosial müəssisələrdə qida normaları müəyyənləşəcək

Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyənləşəcək.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox