Azedu.az

MİQ imtahanının nəticələrindən narazı qalanların NƏZƏRİNƏ! 

Xəbərlər

10 İyul 2025, 19:10
MİQ imtahanının nəticələrindən narazı qalanların NƏZƏRİNƏ! 

İyulun 3-4 və 8-10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65 min 572 namizəd dəvət edilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7 faiz davamiyyət qeydə alınıb.

İyulun 10-da təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna iyulun 11-i saat 12:00-dan etibarən başlanılacaq. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə məlumat veriləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox