Azedu.az

Bu gün növbəti TOEFL IBT imtahanı keçirilir  

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

15 Dekabr 2018, 11:34
Bu gün növbəti TOEFL IBT imtahanı keçirilir  

Bu gün Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, TOEFL IBT imtahanı 2018-ci il dekabrın 15-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər  saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox