Azedu.az

Rusdilli məktəblər BAĞLANMAYACAQ

Xəbərlər

10 İyul 2025, 11:17
Rusdilli məktəblər BAĞLANMAYACAQ

Azərbaycanda rus bölmələrinin bağlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı açıqlama verib.

Nazir bildirib ki, məqsədimiz şagirdlərin həm xarici dilləri, həm də Azərbaycan dilini yüksək səviyyədə mənimsəməsidir. Ancaq rus dili bölmələrində müəyyən boşluqlar mövcuddur.

“Rus bölməsində maksimum ballar 55-60 bal arasındadır. Buna görə də, işə qəbul zamanı daha aşağı nəticə göstərən namizədləri də nəzərə almaq məcburiyyətindəyik. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus böıməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürək, çünki başqası yoxdur.” – deyə nazir əlavə edib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox