Azedu.az

Təhsil idarəçiləri haqqında nə bilirik?- Mil-Muğan RTİ-nin müdiri...

Xəbərlər

10 İyul 2025, 13:08
Təhsil idarəçiləri haqqında nə bilirik?- Mil-Muğan RTİ-nin müdiri...

 

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq. 

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Bəhruz Nəbili rəhbərlik edir. 

Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində “Coğrafiya müəllimliyi (ekoloq)” ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib.

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Bəhruz Nəbili 2025-ci il 21 apreldə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox