Professor Rəhman Bədəlov vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Onun bu gün axşam saatlarında dünyasını dəyişdiyi bildirilir.
Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, yüzlərlə elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.