Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, uşağın övladlığa verilməsi zamanı nikahda olan şəxslərə (azı 3 il ( yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə),habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.