Azedu.az

Təhsil idarəçiləri haqqında nə bilirik?- Şirvan-Salyan RTİ-nin müdiri...

Xəbərlər

9 İyul 2025, 11:12
Təhsil idarəçiləri haqqında nə bilirik?- Şirvan-Salyan RTİ-nin müdiri...

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq. 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Rəşad Musayev rəhbərlik edir. 

Rəşad Musayev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili alıb.

2002-2005-ci illərdə Təhsil Problemləri İnstitutunda baş metodist, 2005-2006-cı illərdə Nərimanov Rayon Təhsil Şöbəsində metodist, 2006-2019-cu illər Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsləhətçi, 2019-2022-ci illərdə Təhsil Nazirliyində məsləhətçi vəzifələrində çalışıb.

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Rəşad Musayev 2025-ci il 21 apreldə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Bu təyinatadək o, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri olub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox