Azedu.az

Qızların təhsildə üstünlük təşkil etdiyi ölkələr - ARAŞDIRMA

Xəbərlər

9 İyul 2025, 10:55
Qızların təhsildə üstünlük təşkil etdiyi ölkələr - ARAŞDIRMA

Son onilliklərdə dünya üzrə qızların təhsilə çıxış imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyişlər müşahidə olunur. Bəzi ölkələrdə bu irəliləyiş təkcə bərabərliklə kifayətlənməyib, hətta qızların təhsildə oğlanları üstələməsi ilə nəticələnib.

AzEdu.az mövzu ilə bağlı araşdırma edib:

Rusiya

Rusiyada ali təhsil alanların təxminən 57%-i qadınlardır. Qızlar məktəbdə oxu və yazı bacarıqları üzrə oğlanları üstələyir. Bu tendensiya dövlətin təhsil siyasəti və mədəni dəyərlərlə əlaqələndirilir.

Kanada

Kanadada universitet tələbələrinin 60%-ə yaxını qadınlardır. Qız uşaqlarına erkən yaşdan verilən dəstək, gender bərabərliyinə əsaslanan təhsil mühiti bu göstəriciyə səbəb olur.

Finlandiya

Finlandiyada qızlar həm məktəb uğurlarında, həm də ali təhsildə ön sıradadır. Ali təhsildə qadınların payı 60% ətrafındadır. Gender bərabərliyi bu ölkənin təhsil siyasətinin əsas sütunlarındandır.

İslandiya

İslandiyada qızların ali təhsildə iştirakı yüksəkdir. Məktəblərdə oxu və humanitar fənlərdə qızlar öndədir və universitetlərdə qadınlar çoxluq təşkil edir.

Latviya

Latviyada universitet tələbələrinin təxminən 65%-i qadınlardır. Qadınların sosial aktivliyi və ali təhsilə yüksək marağı bu nəticəyə səbəb olur.

Litva

Litvada da oxşar mənzərə müşahidə olunur. Qızlar ali təhsildə oğlanlardan daha çox təmsil olunur. 60%-dən çox tələbə qadındır.

Estoniya

Estoniyada qadınların təhsildə iştirakı genişdir. Ali təhsil alan qadınların sayı oğlanlardan daha yüksəkdir.

Fransa

Fransada həm orta məktəb, həm də universitetlərdə qızlar sayca çoxluqdadır. Aİ-nin gender siyasətləri bu istiqamətdə mühüm rol oynayır.

İspaniya

İspaniyada universitet tələbələrinin əksəriyyəti qadınlardır. Qızlar həm davamiyyət, həm də nəticələr baxımından öndədir.

İran

İranda xüsusilə mühəndislik və texniki sahələrdə belə qızların aktivliyi artıb. Ali təhsildə qadınların payı bəzi illərdə 60%-i keçib.

Gürcüstan

Gürcüstanda ali təhsildə qızların payı 55% ətrafındadır. Qızlar təhsil almaqda daha fəaldır və universitetlərdə çoxluq təşkil edirlər.

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox