Azedu.az

Oxford və Harvard universitetlərinə kimlər qəbul olunur? – ARAŞDIRMA

Xəbərlər

Universitetlər

8 İyul 2025, 10:19
Oxford və Harvard universitetlərinə kimlər qəbul olunur? – ARAŞDIRMA

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələri sayılan Oxford (Böyük Britaniya) və Harvard (ABŞ) universitetlərinə qəbul olmaq üçün sadəcə yüksək qiymətlər kifayət etmir. Hər iki universitet namizədlərdən yalnız akademik mükəmməllik deyil, həm də liderlik, tənqidi düşüncə və cəmiyyətə töhfə verə biləcək şəxsiyyət formalaşdırmağı tələb edir.

AzEdu.az mövzu ilə bağlı araşdırma edib. 

Belə ki, Oxford Universitetinə qəbul üçün əsas şərt A-Level imtahanlarından ən azı AAA, beynəlxalq tələbələr üçün isə IB sistemindən 40–42 bal nəticə əldə etməkdir. Namizədlər əlavə olaraq ixtisaslarına uyğun TSA, LNAT, BMAT, MAT kimi testlərdə iştirak etməlidirlər. Bütün bunlardan sonra isə akademik dərinlik və düşüncə qabiliyyətini ölçən müsahibə mərhələsinə dəvət olunurlar.

Harvard Universiteti isə “holistik yanaşma” tətbiq edir. Burada akademik nailiyyətlər – məsələn, SAT üzrə 1450–1580, ACT üzrə 33–35 bal – yüksək qiymətləndirilir. Lakin bu göstəricilərdən əlavə, şəxsi hekayə, liderlik təcrübəsi, ictimai təşəbbüslərdə iştirak və şəxsi təşəbbüskar layihələr daha çox diqqət çəkir. Harvard artıq bəzi hallarda SAT/ACT nəticələrini məcburi saymır.

Qəbul nisbətləri yüksək rəqabət davam edir:

Oxford 2023-cü ildə 24 minə yaxın müraciətdən 3 300 nəfəri qəbul edib. Bu da təxminən 14%-lik qəbul faizi deməkdir.

Harvard üçün isə rəqabət daha sərtdir: 2025-ci ildə 54 008 müraciətdən yalnız 1 937 nəfər qəbul olunub – cəmi 3,6%.

Bəs, sözü gedən universitetlər necə tələbə axatırır?

Oxford əsasən elmi və akademik maraqları olan, öz sahəsində dərindən düşünən tələbələrə üstünlük verir. Ekstrakurikulyar fəaliyyətlər yalnız akademik maraqla əlaqəlidirsə nəzərə alınır. Müsahibələr zamanı isə konkret bilik yox, təhlil və məntiqi düşüncə əsas ölçü meyarıdır.

Harvard isə fərqli yanaşır: Burada tələbənin şəxsiyyət forması, dəyərləri, yaşadığı həyat təcrübəsi, çətinliklərə baxmayaraq qazandığı uğurlar və sosial fəallığı da vacib rol oynayır. Müraciətlər “bütöv insan” konsepsiyası əsasında qiymətləndirilir.

Nəticədə isə hər iki universitet üçün əsas şərt bilik, şəxsiyyət və potensialın bir arada olmasıdır.

Mütəxəssislər bildirirlər ki, bu universitetlərə qəbul sadəcə “əlaçı olmaqla” mümkün deyil. Gələcəyin liderlərini formalaşdırmaq istəyən Harvard və Oxford kimi universitetlər gənclərdən həm intellektual, həm də etik və sosial cəhətdən inkişaf etmiş profillər gözləyir. Namizədlərə tövsiyə olunur ki, qəbul sənədlərində təkcə nailiyyətlərini deyil, həm də öz hekayələrini, dəyərlərini və gələcəkdə cəmiyyətə necə faydalı olmaq istədiklərini səmimi şəkildə təqdim etsinlər.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox