Azedu.az

Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...

Xəbərlər

7 İyul 2025, 15:03
Təhsil idarəçiləri haqqında nə bilirik?- Dağlıq Şirvan RTİ-nin müdiri...

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Ramin Abasov rəhbərlik edir.

Ramin Abasov 1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Təhsilin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Ramin Abasov 2025-ci il 21 apreldə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ramin Abasov 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox