Azedu.az

Qarabağ Universitetində magistratura pilləsi üzrə təhsil olacaq?- RƏSMİ AÇIQLAMA

Xəbərlər

Universitetlər

7 İyul 2025, 13:56
Qarabağ Universitetində magistratura pilləsi üzrə təhsil olacaq?- RƏSMİ AÇIQLAMA

Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə bölgədə ali təhsilin inkişafına yeni nəfəs verilib. Yeni tədris ilində universitetdə magistratura pilləsinin fəaliyyətə başlayıb-başlamayacağı isə ictimaiyyətin diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan hazırlıqlar və müvafiq qərarlar gələcək planlar haqqında müəyyən təsəvvür formalaşdırır.

Bəs, yeni tədris ilində Qarabağ Universitetində magistratura pilləsi üzrə təhsil fəaliyyət göstərəcəkmi?

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Qarabağ Universitetinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində magistratura pilləsi üzrə qəbul aparılması nəzərdə tutulmur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox