Azedu.az

Hökumətlərarası Təqaüd Proqramları (HTP) AÇIQLANIB

Xəbərlər

7 İyul 2025, 10:54
Hökumətlərarası Təqaüd Proqramları (HTP) AÇIQLANIB

2024-2025-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 9, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, Tacikistanda isə 2, ümumilikdə isə 192 Azərbaycan vətəndaşı dünyanın sözügedən 9 müxtəlif ölkəsinə aid 58 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

AzEdu.az xəbər verib ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.  Bununla yanaşı, 2024-2025-ci tədris ilində Küveyt dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təlim proqramında təhsil almaq hüququ qazanıb.

HTP çərçivəsində növbəti tədris ilində (2025–2026) Macarıstan, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Türkiyə Respublikası, Rumıniya və Latviyada təhsil almaq üçün portal.edu.az üzərindən 600-ə yaxın müraciət daxil olub.  2025-2026-cı tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 68 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 268 nəfərin namizədliyi Macarıstan, 40 əsas, 5 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 45 nəfərin namizədliyi Çin, 20 nəfərin namizədliyi Türkiyə, 10 nəfərin namizədliyi Qazaxıstan, 8 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Həmçinin 7 nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi Küveyt Universiteti nəzdində fəaliyyət göstərən Dillər Mərkəzində təlim proqramında təhsil almaq üçün təqdim edilib.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox