Azedu.az

Kürdə boğulan gənc 2-ci kurs tələbəsi imiş - FOTO

5 İyul 2025, 22:00
Kürdə boğulan gənc 2-ci kurs tələbəsi imiş - FOTO

Sabirabadda Kür çayında batan 19 yaşlı gəncin meyiti tapılıb.

 Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzEdu.az "unikal"a istinadən xəbər verir ki, Eldəniz Məmiyev Bakı Biznes Universitetinin tələbəsi idi. 

O, maliyyə ixtisası üzrə təhsil alırdı. 2-ci kursu yenicə bitirmişdi.

 Faktla bağlı araşdırma aparılır.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox