Azedu.az

Gənc boksçu Dünya Kubokunu bürünc medalla başa vurub

Xəbərlər

5 İyul 2025, 15:13
Gənc boksçu Dünya Kubokunu bürünc medalla başa vurub

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunu bürünc medalla başa vurub.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna Mamedovun yarımfinalda yerli idmançı Sanjar Taşkenbaya uduzması səbəb olub.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox