Azedu.az

Zirvə görüşündə iştirak edən liderlərin TƏHSİLİ

Xəbərlər

4 İyul 2025, 17:26
Zirvə görüşündə iştirak edən liderlərin TƏHSİLİ

Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə toplantısı keçirilib. Toplantıya Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qırğızıstan prezidentləri, Pakistan və Qazaxıstanın baş nazirləri, Türkmənistanın xarici işlər naziri, Əfqanıstan Baş nazirinin müavini, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Nigeriyanın büdcə və iqtisadi planlama naziri, Şimali Kipr Türk Respublikasının prezidenti ölkəmizdə səfərdə olublar.

Maraqlıdır, bu yüksək səviyyəli görüşdə iştirak edən ölkə başçılarının təhsil yolu necə olub? Onlar hansı universitetlərdə təhsil alıblar, hansı ixtisaslara yiyələniblər?

AzEdu.az liderlərin təhsil yollarını oxuculara təqdim edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1954-cü ildə İstanbulun Kasımpaşa səmtində doğulub və ibtidai təhsilini burada yerləşən Piyale Paşa İbtidai Məktəbində alıb. 1965-ci ildə bu məktəbi uğurla bitirib.

1965–1973-cü illər arasında Erdoğan dini təmayüllü İstanbul İmam Hatip Liseyində təhsil alıb. O, burada dini və humanitar dərslərlə yanaşı, ictimai fəaliyyətlərdə — xüsusilə natiqlik və şeir yarışlarında da aktiv iştirak edib.

Ali məktəbə qəbul ola bilmək üçün o dövrdə İmam Hatip məktəblərinin diplomu kifayət etmədiyindən, Erdoğan Eyüp Liseyində fərq imtahanları verərək rəsmi orta məktəb diplomu alıb. Bu ona universitet imtahanlarına qatılmaq hüququ qazandırıb.

1973-cü ildə Erdoğan İstanbul İqtisadi və Ticari Elmlər Akademiyasına daxil olub. Bu qurum daha sonra Marmara Universitetinə çevrilib. O, burada İqtisadiyyat və Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alaraq 1981-ci ildə məzun olub.

İran Prezidenti Məsud Pezeşkian 1976-cı ildə Təbriz Tibb Universitetinə daxil olub və 1985-ci ildə ümumi tibb üzrə bakalavr təhsilini tamamlayıb. Daha sonra o, cərrahiyə sahəsində ixtisaslaşmaq üçün eyni universitetdə təhsilini davam etdirib və 1990-cı ildə ümumi cərrah ixtisası alıb.

1993-cü ildə o, Tehran Tibb Universitetində kardio-cərrahiyyə (ürək cərrahı) üzrə təhsilini başa vuraraq, ölkənin tanınmış ürək cərrahlarından birinə çevrilib.

Masud Pezeşkian 1994–2000-ci illərdə Tabriz Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Eyni zamanda universitetin professoru kimi də fəaliyyət göstərib. Onun adı, İranda tibb təhsili və səhiyyənin təşkili sahəsində reform tərəfdarı olan ziyalılar sırasında hallanır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır.

Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir.

Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Şərif 23 sentyabr 1951-ci ildə Lahorda anadan olub. Orta təhsilini Lahorda yerləşən nüfuzlu St Anthony’s High Schoolda alıb

Məktəbi bitirdikdən sonra Şərif Government College University, Lahor-da təhsil alaraq Bakalavr dərəcəsi (BA) əldə edib. Ali təhsilini tamamladıqdan sonra ailəsinin biznes şirkəti olan Ittefaq Group-da işləməyə başlayıb. 1985-ci ildə isə Lahor Ticarət və Sənaye Palatasının prezidenti olub — bu, onun rəhbərlik bacarığının göstəricisidir

2000-ci illərdə təhsil sahəsindən infrastruktur layihələrinə qədər geniş portfeli olan Şərif, baş nazirliyə yüksəlmədən öncə Pensilvaniya və Lahor bölgəsində təhsil və yol layihələrini dəstəklədiyi ilə tanınıb.

Qırğızıstan Prezidenti Sadır Japarov  İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu.

1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu.

Tacikistan Prezidenti Emoməli Rəhmon  Emomali Rəhmon 1982-ci ildə Tacik Dövlət Milli Universitetinin İqtisadiyyat fakültəsini bitirərək ixtisas üzrə mütəxəssis dərəcəsi alıb. Bu ali təhsil onun dövlət idarəçiliyi və iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsasını təşkil edib.

1969–1971-ci illərdə Rəhmon indiki Sarband şəhərində yerləşən Kalininabad Texniki Liceyi №40-də elektrik ixtisası üzrə təhsil alıb. Ardınca, 1971–1974-cü illərdə Sovet Ordusunun Sakit Okean Donanmasında hərbi xidmətini yerinə yetirib. 1974–1976-cı illərdə isə Qurğontepa Neft Zavodunda elektrik kimi fəaliyyət göstərib. 1976–1987-ci illər arasında Lenin Kollektiv Təsərrüfatında müxtəlif vəzifələrdə çalışaraq idarə heyətinin katibi və ticarət sindikatı komitəsinin sədri vəzifələrini icra edib. 1987–1992-ci illərdə isə Lenin Kollektiv Təsərrüfatının sədri kimi fəaliyyət göstərib.

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov  13 dekabr 1980-ci ildə Almatı şəhərində anadan olub. 2001-ci ildə Qazaxıstan Dövlət Hüquq Akademiyasını (indiki KAZGUU Universiteti) hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib. Təhsilini fərqlənmə ilə tamamlayıb və bu, onun hüquq sahəsindəki peşəkar fəaliyyətinin təməlini qoyub.

Ali təhsilini başa vurduqdan sonra Bektanov hüquq üzrə namizədlik dissertasiyasını müdafiə edib. Dissertasiyasının mövzusu: "Qazaxıstan Respublikasında azyaşlıların inzibati hüquq pozuntularının qarşısının alınması üzrə təşkilati-hüquqi məsələlər" olub. Bu elmi iş, onun hüquq sahəsindəki dərin bilik və tədqiqat qabiliyyətini nümayiş etdirir.

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar 7 sentyabr 1960-cı ildə Lefkoşada anadan olub. İlk və orta təhsilini Kiprdə tamamladıqdan sonra, 1974-cü ildən etibarən təhsilini İngiltərədə davam etdirib.

1979-cu ildə Londondakı Forest School-u bitirərək, 1982-ci ildə İngiltərənin nüfuzlu Cambridge Universitetinin Jesus College kollecinə qəbul olub. Burada İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb .

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir  Kimya Mühəndisliyi üzrə bakalavr dərəcəsini ABŞ-ın nüfuzlu Cənubi Kaliforniya Universitetindən (University of Southern California) alıb. Daha sonra Los-Anceles Kaliforniya Ştat Universitetində (California State University, Los Angeles) idarəetmə sahəsində magistr təhsili (MBA) tamamlayıb. Təhsilini daha da dərinləşdirərək Birləşmiş Krallığın Coventry Universitetində (Coventry University) biznes və iqtisyyat sahəsində doktorluq (PhD) dərəcəsi əldə edib.

 

Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baquduni 1983-cü ildə Usmanu Danfodiyo Universitetində (Sokoto) İqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1989-cu ildə Jos Universitetində (Plateau) İqtisadiyyat üzrə magistr təhsili (M.Sc.) tamamlayıb. 1992-ci ildə isə Kolumbiya Universitetində (New York) Dünya Bankının təqaüdü ilə İqtisadi Siyasət İdarəetməsi üzrə ixtisaslaşmış Beynəlxalq Əlaqələr üzrə ikinci magistr dərəcəsi (M.A.) əldə edib.

 

163814

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar  Sovetlər Birliyinin Əfqanıstana müdaxiləsi dövründə dini təhsil alıb. Dini təhsilini müxtəlif mədrəsələrdə (islami təhsil müəssisələrində) almışdır

 

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox