Müasir dövrdə inklüziv təhsil prinsiplərinin tətbiqi cəmiyyətin sosial ədalət və bərabərlik ideallarına əsaslandığını göstərir. Təhsil hər bir fərdin əsas hüquqlarından biri kimi tanınır və bu hüququn təmin olunması, xüsusilə sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir.
Belə şəxslərin ümumtəhsil müəssisələrinə qəbulunun effektiv və ədalətli şəkildə təşkil olunması onların cəmiyyətə inteqrasiyası, potensiallarının üzə çıxarılması və gələcək inkişafları baxımından mühüm rola malikdir.
Bəs, görəsən, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrinə qəbul prosesi necə aparılır?
AzEdu.az-ın əldə etdiyi məlumata görə, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrinə qəbulu qanunvericilikdə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın və ya müvafiq icra hakimiyyəti orqanın (qurumun) qərarına əsasən həyata keçirilir.