Qubadlı rayonu Alı Mustafayev adına Zilanlı kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Ruslan Nuriyev beynəlxalq idman yarışında uğur qazanıb.
AzEdu.az xəbər verir ki, o, İtaliyanın Kaorle şəhərində keçirilən yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında 75 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.