Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında göstərilib ki, 2024-cü il üzrə ali təhsil müəssisələrində bəzi ixtisaslara ayrılmış plan yerləri tamamilə boş qalıb.
AzEdu.az xəbər verir ki, məlumata görə, SABAH qrupları üzrə bir neçə ixtisas üzrə heç bir abituriyent qəbul olunmayıb. Belə ixtisaslar aşağıdakılardır:
Nanohissəciklər fizikası (SABAH qrupu) - 5 yer ayrılıb, 0 nəfər qəbul olunub
Jurnalistika (ingilis dili üzrə, SABAH qrupu) - 4 yer ayrılıb, 0 nəfər qəbul olunub
Bundan əlavə, digər bəzi SABAH ixtisaslarında da plan yerlərinin əhəmiyyətli hissəsi dolmayıb.