İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luca Di Gianfrancesco ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.