Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-cü il üçün statistik hesabatına əsasən, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlərin 22,47 faizi cəmi 97 ümumtəhsil məktəbinin məzunlarıdır. Bu isə ümumi 600+ bal toplayanların təxminən dörddə biri deməkdir.
AzEdu.az xəbər verir ki, hesabatda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin ümumilikdə 34,91 faizinin ölkə üzrə 1128 məktəbdən çıxdığı bildirilir. Bu da onu göstərir ki, 600 bal və daha yüksək nəticə əldə edənlərin böyük əksəriyyəti cəmi təxminən hər 3 məktəbdən 1-i olan müəssisələrin məzunlarıdır. Beləliklə, 3229 orta məktəbin yalnız üçdə biri 600+ bal toplayan məzun yetişdirə bilib.
Ən çox yüksək nəticə göstərən məktəblər arasında müxtəlif lisey və gimnaziyalar üstünlük təşkil edir. Onlardan bəziləri:
- Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya – 600 bal toplayanların 72,73%-i bu məktəbin yetirməsidir
- Bakı Türk Liseyi (BDU nəzdində) – bu göstərici 40,22% təşkil edir
Həmçinin İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbi, Qəbələ rayonunun Nohurqışlaq kənd tam orta məktəbi və Ağstafa rayonunun Həsənsu kənd tam orta məktəbi də yüksək nəticələri ilə fərqlənir
Bu statistika bir daha göstərir ki, məktəbin tədris keyfiyyəti, mühiti və idarəetməsi abituriyentlərin nəticələrində həlledici rol oynayır.