ABŞ Təhsil Departamenti iyulun 1-dən etibarən K–12 məktəbləri üçün nəzərdə tutulmuş təxminən 5 milyard dollar məbləğində federal qrantların verilməsini müvəqqəti dayandırıb. Qrantlar müəllim hazırlığı, gün sonrası proqramlar, miqrant şagirdlərə və ingilis dili öyrənənlərə dəstək üçün ayrılmışdı.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, qərarın səbəbi bu qrantların prezidentin prioritetlərinə və qanuni tələblərə uyğunluğunun yenidən nəzərdən keçirilməsidir. Qrantların nə vaxt bərpa olunacağı ilə bağlı konkret tarix açıqlanmayıb.
Qərar 33 ştatı əhatə edir və bu, ümumi federal təhsil büdcəsinin təxminən 10 faizinə təsir edir. Təhsil rəsmiləri və valideyn təşkilatları bildirirlər ki, bu addım məktəblərdə bir sıra proqramların dayandırılmasına, müəllim çatışmazlığına və sosial bərabərsizliyin artmasına səbəb ola bilər.