İngiltərədə aztəminatlı bölgələrdə xarici dil dərslərində iştirak edən şagirdlərin sayı kəskin şəkildə azalıb. British Council-in yeni araşdırmasına görə, bu məktəblərdə yalnız 47% şagird müasir xarici dilləri (fransız, ispan və s.) öyrənir. Halbuki daha imkanlı bölgələrdə bu göstərici 85%-ə yaxındır.
AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, mütəxəssislər dil biliklərinə çıxışın artıq sosial təbəqəyə görə müəyyən olunduğunu bildirib. School Leaders Association rəhbəri Geoff Barton xəbərdarlıq edib: "Əgər vəziyyət dəyişməzsə, gələcək nəsil yalnız ana dilində qalan, beynəlxalq əmək bazarında zəif rəqabət qabiliyyətli olacaq".
Xarici dil təhsili ilə bağlı bu uçurum, İngiltərədə təhsildə sosial ədalətsizlik məsələsini yenidən gündəmə gətirib.