Azedu.az

Bu universitetin 70 məzunu qırmızı diploma layiq GÖRÜLÜB

Universitetlər

1 İyul 2025, 14:47
Bu universitetin 70 məzunu qırmızı diploma layiq GÖRÜLÜB

Artıq ölkənin bir çox ali təhsil müəssisələrində 2024/2025-ci tədris ili başa çatmaq üzrədir. Hər il olduğu kimi bu il də yüzlərlə tələbə universitetlə vidalaşaraq məzun adını qazanıb. Onlar içərisində fərqlənmə diplomu ilə bitirənlər də yer alır.

Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurur?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilində ümumilikdə 2422 nəfər tələbə məzun olub:

"Onlardan 70 nəfəri fərqlənmə (qırmızı) diplomu almağa layiq görülüb. Bu göstərici universitetimizdə yüksək akademik göstəricilərə və tədrisdəki keyfiyyətə verilən önəmin bir göstəricisidir".

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox