Azedu.az

Dənizdən meyiti tapılan şəxs tələbə imiş... 

Xəbərlər

1 İyul 2025, 12:56
Dənizdən meyiti tapılan şəxs tələbə imiş... 

İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.

O, ADDA-da “gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.

A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox