Azedu.az

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb

1 İyul 2025, 09:31
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

AzEdu.az xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb edilib.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlara başlanılıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox