Azedu.az

Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib

Xəbərlər

30 İyun 2025, 21:55
Saatlıda yeniyetmə əmisinə xəsarət yetirib

Saatlı sakini əmisinə xəsarət yetirib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki,  hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox