Azedu.az

Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB

Xəbərlər

30 İyun 2025, 17:25
Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB

Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə Givi Mikanadze təyin olunub.

AzEdu.az Report-a istinadən xəbər verir ki, yeni naziri hökumət administrasiyasında keçirilən brifinq zamanı Baş nazir İrakli Kobaxidze təqdim edib.

G.Mikanadze bu təyinata qədər Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri vəzifəsində çalışıb.

 

16:40

 

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze istefa verib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazir vəzifəsində işlədiyim müddətdə nazirliyin əməkdaşları ilə birlikdə bütün səviyyələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bir çox mühüm təşəbbüslər həyata keçirdik, o cümlədən bir sıra innovativ layihələrlə bağlı işə başladıq və inanıram ki, yeni nazir onların tamamlanmasını təmin edəcək”, - Tsuladze qeyd edib.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox