Azedu.az

64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Xəbərlər

30 İyun 2025, 11:56
64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Bu ilin yanvar-may ayları ərzində 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb.

AzEdu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son beş il ərzində 359-u oğlan, 318-i qız olmaqla 677 uşaq müəssisələrə yerləşdirilib:

"Bu il 100, 2022-ci ilin 1 noyabr tarixindən bu günədək isə 658 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb. Ümumilikdə son beş ildə 728 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin olunub".

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox