Azedu.az

Bu günədək 737 uşaq övladlığa verilib

Xəbərlər

30 İyun 2025, 11:26
Bu günədək 737 uşaq övladlığa verilib

Bu günədək 737 uşaq övladlığa verilib.

AzEdu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 371-i oğlan, 186-sı qızdır.

V.Behbudov həmçinin bildirib ki, bu günədək 49 uşaq himayədar ailəyə verilib:

"Onlardan 19-u oğlan, 30-u qızdır. Son beş ildə 728 uşaq isə sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb".

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox