Çin hökuməti 2024-2035-ci illəri əhatə edən “Güclü Təhsil Milləti” strategiyası çərçivəsində genişmiqyaslı islahatlar həyata keçirməyi planlaşdırır.
AzEdu.az xarici mediadan əldə etdiyi məlumata görə, proqramda pulsuz təhsilin genişləndirilməsi, universitetlərin sayının artırılması, doktorant səviyyəsində təhsil alanların çoxaldılması və məktəb sisteminin optimallaşdırılması əsas prioritetlər sırasındadır.
Bu strategiya Çinin qlobal elmi-təhsil liderliyini möhkəmləndirmək və milli innovasiya gücünü artırmaq məqsədi daşıyır.