Azedu.az

DİM iyulda bu imtahanları KEÇİRƏCƏK

İmtahanlar

Dövlət İmtahan Mərkəzi (DİM)

30 İyun 2025, 11:08
DİM iyulda bu imtahanları KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək imtahanların siyahısı açıqlanıb.

AzEdu.az iyul ayında keçiriləcək imtahanlar və imtahana qeydiyyat tarixlərini təqdim edir.

İyulun 13-də I-IV ixtisas qrupları üzrə qəbul imtahanı (2-ci cəhd),Ədliyyə orqanlarına qulluğa və III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (2-ci cəhd) qəbul imtahanı olacaq.

İyulun 20-də inzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (A və B növü) və peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) keçiriləcək. 

İyulun 6-da II-III ixtisas qrupları üzrə (2-ci cəhd) qəbul imtahanı keçiriləcək.

Danışıq bloku imtahanı 1-5 iyulda baş tutacaq

Taksi sürücülərinin imtahanı 8 iyulda keçiriləcək.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları 17 iyulda keçiriləcək.

İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanına (A və B növü) qeydiyyat 24 iyun-10 iyuldur.

BB vəzifə altqrupu üzrə test imtahanına qeydiyyat 3-24 iyuldur.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarında iştirak üçün qeydiyyat 3 iyun - 3 iyuldur.

Ədliyyə orqanlarına qulluğa qəbul imtahanına qeydiyyat 12 iyun-3 iyuldur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox